Ermənistanda “donuz qripi”ndən ölüm baş verdi

Bu il Ermənisatanda “donuz qripi”ndən ilk ölüm faktı aşkarlanıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarəti Milli Mərkəzinin direktoru Artavazd Vanyan deyib.

O, qripdən ölən qadında müxtəlif xroniki xəstəliklərin olduğunu və buna görə immun sisteminin zəiflədiyini də əlavə edib. Erməni məmur “Arabkir” tibb mərkəzində azyaşlı uşağın “donuz qripin”dən ölməsi xəbərlərini təkzib edib. O, ümumilikdə 693 nəfərin stasionar müalicə aldığını da diqqətə çatdırıb.

Xatırladaq ki, “donuz qripi” Gürcüstanda azı 13 nəfərin ölümünə yol açıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə