"Tramp Suriyada yenidən hərbi fəaliyyətə başlamağı düşünür”

ABŞ xarici işlər naziri Pompeo ABŞ-ın Suriyadan geri çəkilmə qərarı ilə bağlı beyin dumanlandıran açıqlamalarla yadda qalıb. SİA-nın Amerika mətbuatına istinadən verdiyi xəbərə görə, Misirdə müxtəlif əlaqələrə sahib ABŞ xarici işlər Naziri Mayk Pompeo Suriya mövzusuna da toxunub: “Donald Tramp yenidən Suriyadakı hərbi zonada fəaliyyətə başlamağı düşünür, lakin ümidvaram, buna ehtiyac qalmaz”

ABŞ-ın orta şərqdə mövcudluğuna da toxunan Mayk Pompeo söyləyib ki, ABŞ orta şərqdə hər zaman azadedici güc olub, əsla işğalçı olmayıb.

Xarici işlər naziri, ABŞ-ın hərbi müdaxilə etdiyi yerlərdən geri çəkildiyi təqdirdə isə həmişə xaosun ortaya çıxdığı fikrini müdafiə edib.

“Sonuncu İran əsgərinə qədər mübarizə aparmalıyıq”

Pompeo həmçinin İranla da bağlı fikirlərini bildirib: “İrana qarşı birləşməliyik. Müttəfiqlərimiz ilə birlikdə çalışaraq diplomatiya yolu ilə sonuncu İran əsgərinə qədər onları Suriyadan çıxarmalıyıq”.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...