BMT-nin Suriya üzrə xüsusi elçisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Geir Pedersen gələn il yanvarın 7-dən vəzifəsinin icrasına başlayacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələrin - Türkiyə, İran və Rusiyanın xarici işlər nazirləri ilə keçirdiyi görüşdən sonra onun sələfi Staffan de Mistura bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə