İtaliyada kilsələrə bomba yerləşdirməyə çağırış edən somalili həbs olunub

İtaliyanın mafiya və terrorizmlə mübarizə orqanları kilsələrdə bomba yerləşdirməyə çağırış edən somalili gənci həbs edib. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik üzrə xüsusi polis dəstəsi 20 yaşlı gəncin Somalidə İŞİD-lə əlaqəsinin olduğunu ehtimal edir. O, İtaliyanın Bari vilayətindən qaçmağa çalışarkən həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə