İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub

Dekabrın 16-da İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Abepura şəhərindən 162 kilometr cənubda, ocağının isə 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...