ABŞ məhkəməsi “Obamakeyə”ni ləğv edib

ABŞ-ın eks-prezidenti Barak Obamanın həyata keçirdiyi “Obamakeyə” səhiyyə reformları qeyri-konstitusion elan edilib və Fort-Uort şəhərinin federal məhkəməsi tərəfindən ləğv olunub. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Artıq məsələyə ABŞ Prezidenti Donald Tramp da öz Tvitter səhifəsində mövqe bildirib. O, məhkəmənin qərarından şad olduğunu açıqlayıb. Tramp “Obamakeyə”ni yenidən fəlakət adlandırıb.

O, Konqresin bunun qarşlığında daha effektli sistem hazırlayacağına əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...