Fransada terror hücumunun qarşısı alınıb

Fransada ötən ay təhlükəsizlik qurumları “sarı jiletlilər”in keçirdiyi nümayişlərdə hücum hazırlayan terror dəstəsini saxlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə bu gün “Europe1” radiosunun canlı efirində daxili işlər naziri Kristof Kastaner məlumat verib.

“Noyabrın 14-də, yəni “sarı jiletlilər”in ilk nümayişlərindən üç gün əvvəl etirazçılara qarşı hücum hazırlayan terrorçu dəstəni yox etmişik”, - deyən nazir sabah Parisdə nümayişlərin beşinci mərhələsinin keçiriləcəyini xatırladaraq iştirakçıları məsuliyyətli olmağa çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə