Con Bolton: “ABŞ artıq kimə gəldi yardım etməyəcək"

ABŞ bundan sonra BMT-nin səmərəsiz sülhməramlı missiyalarını dəstəkləməyəcək, Afrika ölkələrindən də “kimə gəldi” yardım etməyəcək. “RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton məlumat verib.

“ABŞ artıq bütün qitə boyu öncüllük gözlənilmədən, kimə gəldi yardım etməyəcək. Eyni zamanda bundan sonra BMT-nin səmərəsiz, uğursuz, nəzarətsiz sülhməramlı missiyalarına da dəstək verməyəcəyik”, - deyə diplomat Afrika qitəsinə dair yeni strategiyalarını təqdim edərkən vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə