“Sarı jiletlilər”dən Fransa xalqına çağırış

17 noyabrdan etibarən bütün Fransa ərazisini bürüyən “sarı jiletlilər” etiraz hərəkatının nümayəndələri Fransa hökumətinin xəbərdarlığına baxmayaraq, xalqı bu şənbə yenidən aksiya keçirməyə çağırıblar. SİA “France Info”ya istinadən xəbər verir ki, hərəkatın nümayəndəsi Pristilliya Lyudoski Versaldakı mətbuat konfransında etirazçıların başlıca tələblərini bəyan edərək, onlar tam yerinə yetirilməyənədək əhalini aksiyalara qoşulmağa səsləyib.

“Biz “sarı jiletlilər” ilkin tələbatlı bütün məhsullara – enerji, mənzil, qida məhsulları, geyim və digərlərinə qoyulan vergilərin ciddi şəkildə azaldılmasını tələb edirik. Biz həm də yüksək vəzifəli məmurların bütün gəlirlərinin, maaşlarının, imtiyazlarının, hazırkı və gələcək pensiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını tələb edirik”- Lyudoski vurğulayıb.

Bir neçə saat öncə isə Fransa hökumətinin rəsmisi Benjamin Qrivo əhalini və “sarı jiletlilər” hərəkatının üzvlərini məntiqli davranaraq bu şənbə aksiya keçirməməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə