Qar Acarıstanda ciddi problemlər yaradıb

Güclü qar Gürcüstanın bir sıra dağlıq ərazilərində, eləcə də Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaradıb. SİA xəbər verir ki, bəzi bölgələrə gedən yollar bağlanıb. Acarıstan MR-in Xulo bələdiyyəsinin Danisparauli və Xixadzuri kəndlərində vəziyyət daha acınacaqlıdır. Bu kəndlərdə 350 ailə işıqsız qalıb.

“Energo-Pro Georgia” kompaniyasının briqadaları həmin ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə