Fransada "sarı jilet"lilər arasında ölənlərin sayı artır

Fransada "sarı jilet"lilər adlı etiraz aksiyasının iştirakçılarından biri həlak olub. SİA-nın xaricvi mətbuata istinadən verdiyi xəbərə görə, 23 yaşlı gənci yük maşını vurub. Məlumata görə, sürücü saxlanılıb. Beləliklə "sarı jilet"lilər arasında ölənlərin sayı 6 nəfərə çatıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, noyabrın 17-dən başlayaraq Fransada benizinin bahalaşmasına etiraz olaraq kütləvi aksiyalara start verilib. Daha sonra etiraz aksiyaları tələbələr, şagirdlər arasında yayılmağa başlayıb . Etirazçılar ölkədə sosial vəziyyətdən narazılıq edərək, Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə