ABŞ: "İran Yaxın Şərqdə sürətlə yayılır"

"Səudiyyə Ərəbistanı vətəndaşı olan 21 nəfər ABŞ tərəfindən sanksiyalara məruz qaldı. Ər-Riyad bununla onsuz da bir bədəl ödədi." Axar.az xəbər verir ki, bunu qətlə yetirilən Camal Qaşıqçı ilə bağlı açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

Qaşıqçı ilə bağlı Ər-Riyadın həm siyasi, həm də iqtisadi baxımdan yetərli bir cəza ödədiyini deyən Pompeo İran məsələsini qabardıb: "İran Yaxın Şərqdə sürətlə yayılır. Hər hansı bir fərdin ölümü qorxuncdur, ancaq Avropa, Yaxın Şərq, ya da ABŞ-da yüz minlərlə insanın ölümü də dəhşətli bir şeydir. Tramp ABŞ-ı müdafiə etməkdə qərarlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə