Strasburqun mərkəzində atışma: - ölən və yaralananlar var

Fransanın Strasburq şəhərinin mərkəzində atışma olub. SİA xəbər verir ki, atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə ilə bağlı Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Kristof Kastaneri təcili olaraq Strasburqa göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə