Ukrayna ordusu Donetskə hücuma hazırlaşır - MÜHARİBƏ?

Rusiya tərəfi Vaşinqtonu Ukrayna silahlı qüvvələrinə məxsus qoşunların aktiv şəkildə Donetsk ətrafında təmas xətti boyunca toplanmasına göz yummamağa çağırıb. SİA TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya ABŞ-ın bu məsələdə Ukrayna tərəfinə dəstək verməsinə euham vurub. “Bu addım qanlı ssenarinin realizəsinə gətirib-çıxara bilər”, deyə Rusiyanın ABŞ-dakı səfirliyi KİV-lərə göndərdiyi məlumatında bildirir.

Məlumatda bildirilir ki, Dövlət departamenti bu zonada ABŞ instruktorlarının ukraynalı desant-hücum briqadalarına komanda-qərargah və səhra hazırlığı üzrə təlim aparılması faktını etiraf etməyə çağırıb. “Hesab edirik ki, ABŞ himayə etdiyi tərəfi doğru istiqamətə yönəldəcək. Onların aqressiv məqsədləri yalnız perspektivsiz deyil, eləcə də administrasiyalarının Ukraynanın şərqindəki münaqişənin siyasi-diplomatik yolla həlli ilə bağlı bəyanatlarına ziddir”, sözügedən məlumatda qeyd olunur.

Xatırladaq ki, ötən gün tanınmayan “Donetsk Xalq Respublikasının” xalq milisi idarəsinin rəisi Eduard Basurin məlumat verib ki, Ukrayna silahlı qüvvələri dekabrın 14-də Mariupol istiqamətində geniş masştablı hücum əməliyyatına hazırlaşırlar. Bu ərazidə silahlı qüvvələrin nəhəng güc strukturları və ağır texnikalar yerləşdirilib. İddia olunur ki, Ukrayna ordusu Noovoazovsk və Telmanovsk rayonlarının ərazilərini ələ keçirməyə, bu vasitəylə Ukrayna ilə Rusiya sərhədlərinə nəzarət etməyi planlaşdırıblar. “Zərbə-hücum qruplaşması ümumilikdə 12 minlik heyətdən ibarətdir və onlar Novotroitsk, Şirokino, Rovnopol yaşayış məntəqələrindəki təmas xəttlərində yerləşiblər”, “DXR”in xalq milisi idarəsinin rəisi deyib.

O cümlədən, bu ərazilərə 50-dən çox tankın, 40 ədəd RSZO - reaktiv yaylım atəşi sistemi, 180 ədəd top və minomyot gətirilib. Bundan əlavə, Volodarski rayonuna 12 ədəd “Smerç” və 500 nəfərdən ibarət olan ehtiyat hərbi heyəti gətirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə