Fransa prezidenti ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib

Fransa prezidenti Emmanuel Makron tərəfindən elan edilmiş iqtisadi tədbirlərin həyata keçməsi üçün 8-10 milyard avro tələb edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin büdcə siyasətinə məsul olan dövlət katibi Oliviye Dyusso bildirib.

"Səkkiz-on milyard avro tələb edilir", - deyə o, jurnalistlərin ölkə lideri tərəfindən elan edilmiş tədbirlər paketi barədə suallarını cavablandırarkən qeyd edib.

Qeyd edək ki, Fransa prezidenti kütləvi etiraz aksiyaları fonunda ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə