Malayziyanın sabiq Baş naziri Nacib Razak 1MDB (1Malaysia Development Berhad - 1MDB) dövlət investisiya fondunda korrupsiyaya görə bir neçə cinayətdə ittiham olunaraq saxlanılıb. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Razak Korrupsiyaya qarşı Mübarizə Komissiyasının (MACC) binasında saxlanılıb.

O, iki saat saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə ölkədən çıxmamaq şərti altında azadlığa buraxılıb.

Doqquz il hakimiyyətdə olmuş Nacib Razaka qarşı korrupsiya qalmaqalında dediyi yalan və digər ittihamlar irəli sürülüb.

Komissiya onun şəxsi hesabına köçürülmüş 2 milyard 600 milyon rinqit və ya 625 milyon dollar məbləğində vəsaiti aşkar edib. N.Razakın bu pulları hökumətə məxsus fonddan mənimsədiyi güman edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə