Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

OPEC-in Vyanada keçirilən iclasında Özbəkistan, Çad, Cənubi Afrika Respublikası və Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu alıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Məzrui məlumat verib.

Xatırladaq ki, OPEC 1960-cı ildə yaradılıb və dünyada çıxarılan neft ehtiyatlarının 80 faizinə nəzarət edir. Dünya neftinin 40 faizindən çoxu OPEC-in üzvü olan ölkələrdə istehsal edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə