İraq yenə sel suları altında qaldı

İraqda 5 gündür davam edən aramsız leyasan yağışları ciddi fəsadlara səbəb olub. SİA İHA-ya istinadən xəbər verir ki, mosullu qaçqınların qaldığı Dibəgə, Səlamiyə və Hamamualil çadır şəhərcikləri sel suları altında qalıb. Hazırda qaçqınları xilas etmək üçün tədbirlər aparılır.

Nəmrud düşərgələrində də bənzər hadisələr yaşanıb və 4 nəfər ölüb.

Türkmənlərin yaşadığı Rəşidiyyə və Kubba kəndlərində isə sel suları 2 nəfərin ölümünə səbəb olub.

Daha bir nəfər isə Kelar ilə Dərbəndixan şəhərləri arasında körpnünü uçması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, ötən ay İraqda baş verən sel fəlakəti və fırtınada 21 nəfər ölmüş, 180 nəfər də yaralanmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə