Boliviyada ağır yol qəzası olub ölənlər var

Boliviyada ağır yol qəzası olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə "El Andino" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Açakaçi və La-Pas şəhərləri arasındakı magistral yolda baş verib. İki mikroavtobusun toqquşması nəticəsində azı 17 nəfər həlak olub, habelə daha bir neçə nəfər yaralanıb. Ölənlər arasında 4 yaşlı uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə təhqiqat aparır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə