Fransada 1385 etirazçı saxlanılıb

Fransada 1385 etirazçı saxlanılıb, 118 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa daxili işlər naziri Kristof Kastaner bildirib ki, “Sarı jiletli”lərin keçirdiyi etiraz aksiyaları ölkədə qarşıqlığa səbəb olsa da, vəziyyət artıq nəzarət altına alınıb.

Kristof Kastanerin sözlərinə görə, şənbə günü keçirilən aksiyalarda 1385 nəfər saxlanılıb, 118 nəfər etirazçı xəsarət alıb. Nazir ölkəboyu etiraz aksiyalarında cəmi 125 min nəfərin iştirak etdiyini söyləyib.

Nazirin çıxışları telekanallar kanal tərəfindən yayımlanıb.

Xatırladaq ki, benzinin qiymətinin artmasına qarşı çıxan “Sarı jiletli”lər hərəkatının etirazları 17 noyabrda başlamışdı. Kütləvi aksiyalar nümayişçilərin polislə toqquşmalara səbəb oluib, avtomobillərin, dükanların və bankların məhv edilməsi ilə müşayiət olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə