MKİ-nin məxfi əməliyyatlarına qadın rəhbərlik edəcək

Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya qrupunun keçmiş rəhbəri Elizabet Kimber MKİ-nin Əməliyyatlar İdarəsinə (keçmiş Milli Məxfi Xidmət) rəhbər gətirilib. Bu barədə “Vol Strit Jurnal” qəzeti məlumat yayıb. Kimberin bu idarəyə rəhbər gətirilən ilk qadın olduğu bildirilib.

Qeyd edək ki, MKİ-nin Əməliyyatlar İdarəsi kəşfiyyat agenturasının informasiyalarının toplanılması, xarici agentlərin idarəsi, məxfi əməliyyatların təşkili və keçirilməsinə nəzarət edir. Kimber öz kariyerasının böyük hissəsini Qərbi Avropada keçirir. O, hazırda Avropa və Avrasiya Missioner Mərkəzinə rəhbərlik edir.

Kimber həmçinin MKİ-nin Rusiya qrupuna rəhbərlik edib. Bu qrup Rusiya obyektləri və xidmətləri barədə casusluq aparan agentura şəbəkəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə