Qulaqcıqla yatan oğlanı cərəyan vurub öldürdü...

Qulaqcıqla yatan oğlanı cərəyan vurub. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, cərəyan mənbəyinə qoşulu vəziyyətdə olan telefona taxılmış qulaqcıqla yatan 16 yaşlı oğlanı "tok” vurub.

Hadisə Malaziyada, Neqeri Sembilan ştatında, Rembau rayonunda baş verib. Qulağında qulaqcıqla yatıb qalan 16 yaşlı Məhəmməd Adil Əzzəhər Zaharin ölüb.

Məhəmmədin 51 yaşlı anası səhəri gün oğlunun ayılmadığını və qulağında qan izi gördükdə təcili tibbi yardım çağırıb. Evə gələn həkimlər bildirib ki, Məhəmməd cərəyan vurması nəticəsində dünyasını dəyişib. Oğlanın şəklini sosial şəbəkələrdə yayanlar istifadəçiləri qulaqcıqdan istifadə zamanı diqqətli olmağa çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...