Fransada çıxılmaz durum: böhran iclası çağırıldı

Fransada yanacaq vergisinin artırılmasına etiraz edən aksiyaçılar prezident sarayını hədəfə alsalar da, polis onlara mane olub və gözyaşardıcı qazdan istifadə edib. SİA xəbər verir ki, ölkədə vəziyyətin getdikcə daha da gərginləşdiyini nəzərə alaraq baş nazir E.Filipin və daxili işlər naziri K.Kastanerin iştirakı ilə böhran iclası çağırılıb.

Paris ətrafındakı qəsəbələrdən, eləcə də ölkənin əyalətlərindən gələn aksiyaçılar paytaxt ətrafındakı dairəvi yolları bağlamağa cəhd ediblər.

Aksiyaçıların polis və texnika ilə barrikadaya alınmış küçələri keçmək cəhdlərinin qarşısı alınıb. Yelisey çölləri prospekti ətrafındakı kiçik küçələrdə aksiyaçıların polis tərəfindən mühasirəyə alınaraq saxlanılması vəziyyəti daha da gərginləşdirir. Aksiyaçılar dövlət himnini oxuyur və “Makron, istefa” şüarlarını səsləndirirlər. Ölkə prezidentinin etiraz aksiyası qarşısında susmasından narazılıq bildirilib.

Dindirilən aksiyaçıların sayı 492-yə çatıb ki, onlardan 211- i müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə