Polis "sarı gödəkçəlilər"in 278-ni həbs etdi

Bu gün Parisdə polis "sarı gödəkçəlilərin" etiraz aksiyasına başlamasından əvvəl nümayişçilərin nəzarətə alınması ilə bağlı profilaktik tədbirlərə başlayıb. SİA-nın xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə yoxlamaya başlayıb və səhər saatlarında 278 nəfər saxlanılıb.

Məlumata görə, polis etitaz aksiyasının keçiridliyi sahəyə gedənlərin üzərində baxış keçirir.

Qeyd edək ki, dekabrın 8-də milli jandarmanın bir çox zirehli avtomobilləri Parisdə yerləşdirilib, Bastille şəhərinə tanklar gəlib, polis yerli vaxtla təxminən saat 7: 00-dan etiraz aksiyasının keçirildiyi əraziyə gəlib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə