“Taliban” hərəkatının hücumu nəticəsində azı 14 hərbçi həlak olub

Əfqanıstanda “Taliban” hərəkatının Şindentdəki hərbi posta hücumu nəticəsində azı 14 hərbçi həlak olub. SİA Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, taliblər, həmçinin 20 əsgəri də girov götürüb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə