Fransa polisi etirazçılara qoşuldu

Fransanın polis işçilərinin həmkarlar ittifaqı “Vigi” Daxili İşlər Nazirliyinin təşkilata üzv olan bütün əməkdaşlarını müddətsiz tətil elan etməyə və 8 dekabrdan etibarən “sarı gödəkçələr” hərəkatının başlatdığı etiraz aksiyalarına qoşulmağa çağırıb. SİA xəbər verir ki, bu barədə “Vigi”nin rəsmi “Facebook” səhifəsində yerləşdirilən bəyanatda deyilir.

““Sarı gödəkçələr” hərəkatının irəli sürdüyü tələblər bizim hamımıza aiddir. Qanuni şəkildə təşkilatlanmaq və onlarla həmrəyliyimizi ifadə etməyin vaxtı gəlib çatıb. Əlavə iş saatımıza görə 1 dekabrdan premiyamızı artırsa da, hökumət bizə muzdlu kimi yanaşır və verilən pul hökumətin qəbul etdiyi qərarları (yanacağın qiymətinin artırılması və vergilərin artırılmasilə bağlı qərralar) kompensasiya etmir” – deyə məlumatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Fransanın Milli Polis Xidməti heç bir əlavə kömək almadan çox böyük çətinliklərlə fəaliyyə göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə