İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış olub

İtaliyanın Rieti şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Trend-in məlumatına görə, partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb. Hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri yanğınsöndürənlərdir.

İlkin məlumatlara əsasən, partlayış yanacaqdaşıyan maşında baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə