İran XİN: "Nüvə sazişini tərk etmirik"

"İran Avropa ölkələrinin təkidlərindən dolayı Əhatəli Razılaşma Planı sazişində iştirakına xitam vermir". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib. “Avropa Əhatəli Razılaşma Planına etimad edərək sazişi saxlamaq istədiyini bildirir. Biz də Avropa İttifaqına üzv ölkələrinin təkidləri üzündən bu sazişi tərk etmirik. Ona görə də onlar öz öhdəliklərini yerinə yetirməlidir”, - o vurğulayıb.

Bundan əvvəl İran hökuməti fayda gördükləri müddətcə nüvə sazişindən çəkilməyəcəklərini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...