Kabildə dəhşətli partlayış - 55 ölü

Çərşənbə axşamı günü Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb, 94 nəfər isə yaralanıb. SİA xəbər verir ki, Tolo News telekanalı bu barədə Əfqanıstan Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Xatırladaq ki, partlayış noyabrın 20-də Kabil şəhərinin mərkəzində yerləşən səadət sarayında törədilib. terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu Məhəmməd peyğəmbərin mövludunun bayram edildiyi salonda, izdihamın arasında işə salıb. Telekanalın məlumatına görə, Hadisə zamanı şadlıq salonunda azı min nəfər olub.

Əfqanıstan Prezidenti Əşrəf Qani noyabrın 21-ni ölkədə matəm günü elan edib. Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə