İclasa gecikənlərə qarşı qəribə cəza VİDEO

Qazaxıstanın nəhəng tikinti şirkətlərinin birində iclaslara gecikən top-menecerlərlə bağlı qəribə cəza tətbiq olunur. SİA “Rossiya 24” kanalına istinadən xəbər verir ki, həmin şirkətin idarəçisi cəza metodunun foto və videosunu yayıb. Kadrlardan da göründüyü kimi, rəislər öz işçiləri qarşısında yerə uzanaraq, əlləri üzərində idman hərəkətləri edirlər.

Gecikən qadın əməkdaşlar isə oturub-durmaq hərəkətlərini icra etmək məcburiyyətində qalırlar.

Maraqlıdır ki, holdinqin rəhbərliyi bu cür praktikanın tamamilə normal, hətta xeyirli olduğunu hesab edirlər.

Lakin internet-istifadəçilərinin heç də hamısı bu fikirlə razı deyillər. çoxları hesab edirlər ki, bu vasitə əmək kodeksini pozur. Bundan əlavə, hazırlıqsız insanlar üçün bənzər idman hərəkətləri onların sağlamlıqlarına ciddi zərər vura bilər.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.vesti.ru/doc.html?id=3085797&cid=9

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...