ABŞ Suriyanı fosforla vurdu 40 uşaq ölüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri Suriyanın Dey əz Zorub Hacin bölgəsini ağ fosforla vurub. Mülki vətəndaşlar arasında ölənlərin və yaralananların olduğu bildirilir. SİA-nın məlumatına görə, bu barədə yazan TASS xəbər agentliyi qeyd edir ki, koalisiyaya məxsus hərbi aviasiya guya “İslam dövləti” terror qruplaşmasını hədəfə almaq adı ilə bombardmanı həyata keçirib.

“Lakin 1977-ci ildə Cenevrə konvensiyasına görə qadağan edilən bombalar mülki insanların yaşadıqları evlərin üzərlərinə düşüb”, deyə adıçəkilən agentlik xatırladaraq əlavə ki, həmin konvensiyaya görə, ağ fosforun qadağan olunmasına səbəb mülki insanların qurban olmasıdır. “Lakin ABŞ və İsrail bu konvensiyanın əlavələrinə imza atmağa razı olmayıblar”, xəbərdə bildirilir.

O da qeyd olunur ki, noyabrın əvvəlindən başlayaraq həyata keçirilən bombardmanlar nəticəsində 40 nəfər uşaq həlak olub. Bu barədə Suriyanın insan hüquqları üzrə monitorinq mərkəzi məlumat yayıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...