Türkiyədə kömür mədənində partlayış olub

Türkiyənin Zonquldağ əyalətində daş kömür mədənində baş verən partlayış nəticəsində 2 şaxtaçı xəsarət alıb, 3-ü isə dağıntılar altında qalıb. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu əyalət valisi Ərdoğan Bektaş bildirib.

O, qəzanın səbəbinin hələlik məlum olmadığını, xilasetmə işlərinin davam etdiyinin söyləyib: “Üç nəfərin xilas edilməsi istiqamətində işlər davam edir. Xilasedicilərin onların yanına çatdığı deyilir. Ancaq sağ qalmalarına ümid azdır. Partlayışla əlaqədar araşdıma davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə