Tramp Qaşıqçı hadisəsinə görə şahzadə ilə görüşə hazırdır

ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçının ölüm hadisəsinə görə, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd Bin Salmanla görüşə hazır olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, jurnalistlərin bu barədə suallarını cavanlandıran ABŞ prezidenti bu görüşün Argentinada G20 sammiti çərçivəsində mümkünlüyünə belə cavab verib: "Mən onun həmin tədbirdə iştirak edəcəyini bilmirəm. Əgər şahzadə orada olsa, o zaman görüşə bilərik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri şahzadənin Aregntinada keçiriləcək G20 sammitində iştirak edəcəyini açıqlayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda öz ölkəsinin konsulluğunda itkin düşüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə