Poroşenko: "Ukrayna NATO üzvlüyünə hər an yaxınlaşır"

"Ukrayna öz geosiyasi seçimini edib, NATO-nun, Avropa İttifaqının qapıları ölkənin üzünə açıqdır." Bu fikri Ukrayna Prezidenti Petro Poroşenko ictimai-siyasi fəallarla görüşündə söyləyib.

Poroşenko bildirib ki, Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır. “Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq. Bu üzvlüyün baş tutmayacağı barədə deyilən fikirlərə heç vaxt inanmayın”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə