Rusiya: "ABŞ Ərdoğanın buna sahib olmasını qəbul edə bilmir"

"ABŞ Müdafiə Nazirliyi və ABŞ Konqresi Türkiyəyə Rusiya S-400 raket əleyhinə müdafiə sisteminə alternativ olaraq nə təklif edəcəkləri istiqamətində dəyərləndirmələr aparır." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Korotçenko ABŞ-ın Türkiyənin öz hava məkanında tam nəzarət sahibi olmasını qəbul edə bilmədiyini deyib: "S-400-ün alternativi yoxdur, çünki ABŞ-ın Patriot PAC 3 sistemi taktika və texniki xüsusiyyətləri baxımından S-400-dən geridir. Türkiyə Baş Qərargahı sistemlərin xüsusiyyətlərini əsas tutdu və burada hər şey Rusiyanın xeyrinə oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə