Bir neçə dəqiqədir ki, Feysbuk və İnstaqrama girişdə problemlər yaranıb. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə səhifəni yeniləyərkən “Bölməni yeniləmək mümkün olmadı” – sözləri yazılır. Hazırda milyonlarla istifadəçi Feysbuk və İnstaqrama daxil olmaqda çətinlik çəkir. Feysbuk rəhbərliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə