Ermənistanda bankdan 1 milyon avro oğurlamaq istədilər

Ermənistan İstintaq Komitəsi HSBC Bankının yerli şöbəsindən 1 milyon avro vəsaiti oğurlamaq cəhdini araşdırır. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ilin may ayında bir İran vətəndaşı tərəfindən saxta veksel təqdim olunması ilə bağlı cinayət işi başlanıb.

İstintaq çərçivəsində şübhəlinin aprel ayında ölkəyə gəlib özünü iş adamı və investor kimi qələmə verdiyi müəyyənləşdirilib. O, aprelin 9-da isə Bankın baş ofisinə gəlib 1 milyon avro məbləğində veksel təqdim edib. Lakin yoxlamalar zamanı sənəd üzərindəki imzaların saxta olduğu üzə çıxıb. Niyyətinin baş tutmadığını görən saxtakar ölkəni dərhal tərk edib. Noyabrın 3-də həmin şəxs müttəhim qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...