İspaniyada kurortların əksəriyyəti su altında qalıb

İspaniyada şənbə günü başlayan güclü tufanın səbəb olduğu leysan yağışları nəticəsində Tenerife və Balear adaları da daxil olmaqla, populyar kurortların əksəriyyəti su altında qalıb. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qalisiyada təbii fəlakət zamanı evini su basmış yaşlı qadın boğularaq ölüb.

Tenerife adasında dalğaların hündürlüyü 10 metrə çatıb. Malaqada tufan bir neçə kafe və restoranı dağıdıb. Alikante və Valensiya əyalətlərində, həmçinin Barselona şəhərində qırmızı, Balear adalarında isə narıncı təhlükə səviyyəsi elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə