Fransada etiraz aksiyasında zərərçəkənlərin sayı 400-ə çatdı

Fransada benzinin qiymətinin bahalaşması ilə əlaqədar keçirilən etiraz aksiyasında zərərçəkənlərin sayı 400 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, etirazçılardan 300 nəfərə yaxın şəxs saxlanılıb, onlardan 157 nəfəri həbs edilib.

Son məlumatlara görə, etiraz aksiyalarında ölkə daxilindən təxminən 288 min nümayişçi iştirak edib.

Qeyd edək ki, nümayişlər 17 noyabr tarixindən başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə