Hindistanda 33 nəfər siklonun qurbanı olub

Hindistanda "Qaya" siklonu 33 nəfərin həyatına son qoyub. Bu barədə SİA "Assosiated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, pis hava şəraiti Tamilnad ştatının 6 rayonuna zərər vurub. Bu ərazilərdə küləyin sürəti saatda 90 kilometrə çatır.

Təbii hadisənin tüğyan etdiyi ərazidən 82 minə yaxın sakin köçürülüb. Siklonun olduğu ərazilərə həmçinin iki gəmi və vertolyot göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə