Fransada keçirilən aksiyada 409 nəfər yaralanıb

Fransada qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası bu gün də davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən səhərdən bu gün səhər saatlarınadək keçirilən aksiyada 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə