ABŞ-da meşə yanğınları xeyli can aldı

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 1276 nəfər itkin düşüb.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə