Tramp Nensi Pelosiyə sədr seçilməkdə kömək edəcəyinə söz verib

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Nensi Pelosiyə palatanın sədri olmaq üçün lazımi sayda səs toplamaqda komək edə biləcəyini bəyan edib. Bu barədə D.Tramp "Twitter"də yazıb.

"Nensi Pelosinin Nümayəndələr Palatasının spikeri olması üçün tələb olunan qədər səs toplamaqda kömək edə bilərəm. O, bu qələbəyə layiqdir, bunu özü qazanıb. Amma onun partiyasında qələbəni onun əlindən almağa çalışan insanlar var. O, qazanacaq!", - ABŞ Prezidenti yazıb.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Respublikaçılar azı 52 yeri təmin edərək Senatda çoxluğu saxlayıblar, ancaq Nümayəndələr Palatasında çoxluğu itiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...