HƏMAS: “İsrail komandirinin ölüm görüntüsü əlimizdədir”

Bizim əlimizdə İsrail komandirinin öldürülməsinə dair görüntülər var. Teleqraf.com xəbər verir ki, bu sözləri HƏMAS-ın Qəzza üzrə rəhbəri Yəhya Sinvar deyib. O, bildirib ki, HƏMAS İsrailin Qəzzaya tətbiq etdiyi sanksiyaları qırmaq və Fələstin xalqını gözəl yaşayışla təmin etməkdə qərarlıdır.

Yəhya Sinvar əlavə edib ki, HƏMAS-ın hərbi qanadı olan İzəddin əl-Qassam Birliyinin əlində İsrail komandirinin öldürülməsinin görüntüləri var. O, görüntülər haqqında əlavə məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...