“Aeroflot” öz işçilərinə mobil telefonu qadağan edib

Rusiyanın “Aeroflot” aviasiya şirkəti əməkdaşlarının mobil telefondan istifadəsini qadağan edib. Teleqraf.com-un məlumatına görə, bu barədə şirkət rəhbərliyi təlimat verib. Şirkətdən bildirilib ki, Rusiya Federasiyası daxili təhlükəsizliyi səbəbindən hava yollarında işləyən əməkdaşların mobil telefonlardan istifadəsi yasaqlanıb: “Bu addım həm də şirkətin informasiya təhlükəsizliyini təmin etməyə xidmət edir”.

Buna qədər şirkət əməkdaşlarının çəkdikləri görüntü və fotoların sosial mediada paylaşılmasını qadağan olunmuşdu. Bundan sonra əməkdaşlar ancaq şirkətin telefonlarından istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə