Erməni nazir: "İran Ermənistan üçün mühüm ölkədir"

"Ermənistan ABŞ-dan silahla bağlı heç bir təklif almayıb." Bunu TASS-a müsahibəsində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. “Bizim həll edilməmiş konfliktlərin olduğu həddən artıq həssas regionda yerləşir. Bu regionda sülhün və stabilliyin əldə olunması bizim üçün vacib məsələdir. Belə şəraitdə silahlanma yarışı çox pis fenomendir” – deyə o bildirib.

O həmçinin ABŞ-ın İrana qarşı sanksiyaları və Ermənistandan bunun üçün tələblərinə də münasibətini açıqlayıb. O, İranın Ermənistan üçün vacib tərəfdaş olduğunu və indiki situasiyada İrəvan üçün mühüm əhəmiyyət daşıyan ölkə olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə