Cennifer Lopes Qətərdə 20 dəqiqəyə 2 milyon qazandı!

Ötən həftə Qətərin paytaxtı Dohada alış-veriş mərkəzinin açılışında iştirak edən Cennifer Lopes 20 dəqiqə davam edən açılış üçün inanılmaz qonorar qazanıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qadın hüquqları ilə bağlı 20 dəqiqəlik sual-cavab proqramında iştirak edən ulduz 2 milyon dollar alıb.

Bundan başqa Lopesin Qətər hava yollarının gələn həftə Los-Ancelesdə keçiriləcək tədbir üçün 1,2 milyon dollar alacağı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə