Fətullah Gülənin ekstradisiyasına hazırlıq gedir

ABŞ prezidenti Donald Trampın FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı göstərişindən sonra Federal Təhqiqatlar Bürosu Ankaradan təşkilatla bağlı yeni bilgi və sənədlər istəyib. SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Federal Təhqiqatlar Bürosu FETÖ ilə bağlı başlatdığı istintaq çərçivəsində Güləni mühakimə etmək niyyətindədir.

Məlumatda qeyd olunub ki, Mərkəzi Kəşfiyyat İdarəsi qoruduğu Gülənin Türkiyəyə ekstradisiyasına maneə olmaq üçün əlindən gələni edir. Bu məqsədlə Gülənin üçüncü bir ölkəyə göndərilməsinə çalışılır. FTB isə FETÖ liderini Türkiyəyə verməkdə israrlıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə