Hava limanı su altında qaldı - VİDEO

Küveyt güclü qasırğaya məruz qalıb. Xəbər verilir ki, şiddətli yağış, külək və duman ölkədə həyatı iflic edib. Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, əlverişsiz hava səbəbindən Küveyt hava limanı müvəqqəti bağlanıb.

Küveytin beynəlxalq hava limanını su basdıqdan sonra bu ölkənin uçuşları Bəhreyndən və Səudiyyə Ərəbistanının əd-Dəmmam şəhərindən həyata keçirilməyə başlanıb.

Güclü yağışlar İran Körfəzi, Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə bir sıra fəsadlar törədib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...