ABŞ vətəndaşı Şimali Koreyadan deportasiya edilib

Koreya Xalq Demokratik Respublikası (KXDR) ölkəyə qeyri-qanuni yolla daxil olmağa cəhd etmiş ABŞ vətəndaşı Brüs Bayron Lourensi deportasiya edib. O, təyyarə ilə ABŞ-a yola düşüb. SİA Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ vətəndaşı ötən ay KXDR ərazisinə Çindən qanunsuz yolla daxil olmağa cəhd edərkən saxlanılmışdı. Şimali Koreya mətbuatı Brüs Bayron Lourensin ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu iddia edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə